RU

Finlandiya Ottava konvensiyasından çıxır

Finlandiya xarici işlər nazirliyinin press-relizesində bildirilir ki, Finlandiya, piyadaəleyhinə minaların qadağan edilməsi ilə bağlı Ottava konvesiyasından çıxması barədə sənədləri təqdim edib.

 Finlandiyanın,  piyadaəleyhinə minaların istifadəsini, saxlanılmasını, istehsalını və başqasına verilməsini qadağan olunması, həmçinin ehtiyatda olan minaların məhv edilməsini və minalanmış sahələrin təmizlənməsi müqaviləsindən çıxmaqla bağlı qərar, 2026- cı ilin yanvar ayından qüvvəyə minəcək.

 Qeyd olunur ki, bu qərarla bağlı, BMT-nin baş katibinə, BMT Təhlükəsizlik şurasına,  konvensiyaya qoşulan dövlətlərin hər birinə  məlumat göndərilib.

  Rüstəm Hacıyev

Избранный
9
adalet.az

1Источники