"Real Madrid" rəhbərliyi hücumçu Viktor Munyosu transferə çıxarıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu "Osasuna ilə müqavilə bağlamağa yaxındır.
"Kral klubu" Munyosun transferindən 6 milyon avro qazana bilər. Həmçinin oyunçunun növbəti komandaya keçidi zamanı məbləğin 50 faizi Madrid təmsilçisinə çatmalıdır.
Qeyd edək ki, Viktor Munyos "Real Madrid" akademiyasının yetirməsidir. O, ötən mövsüm əsas komandada keçirdiyi 4 oyunda qol vura bilməyib.