RU

Bu gün regonda sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb - Deputat

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iyulun 10-daAzərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilənikitərəfli görüş sülh regionda davamlı sülhün bərqərar olmasıistiqamətində mühüm mərhələdir.

Bunu Trend-əMilli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, görüşün ən mühüm əhəmiyyəti vasitəçilərolmadan, iki tərəf arasında keçirilməsi idi:

“Adətən vasitəçilər görüşlər zamanı öz maraqlarını da önəçəkirlər ki, bu da müsbət nəticələrin əldə olunmasında maneçiliktörədir.

Azərbaycan hər zaman postmünaqişə dövründə danışıqlarınvasitəçilər olmadan həyata keçirilməsinin zəruriliyini bəyan edirdivə bu formatın daha səmərəli olmasını əminliyini bildirdi. Başverən proseslər göstərdi ki, Azərbaycan öz mövqeyində haqlıdır. Bubaxımdan Abu Dabidə keçirilən görüşü daha səmərəli hesabedirəm”.

Deputat bildirib ki, görüş barəsində artqı tərəflər müsbətmövqelərini bildiriblər, görüşün kostruktiv mühitdə keçməsini qeydediblər: “Görüş zamanı əldə olunan nəticələr sülh müqaviləsininimzalanması prosesinə mühüm töhfə vermis olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeydedildi ki, görüş nəticəsində sərhədin delimitasiyası prosesi iləbağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər buistiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlətkomissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkəarasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərinidavam etdirmək barədə razılığa gəliblər. Ermənistan tərəfinin dəbəyanatında bildirildi ki, Ermənistan Əbu-Dabidə baş tutmuş görüşüuğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcəkreallaşdırılması üçün ciddi əsas ola bilər.

Bu gün regonda sülhün bərqərar olması üçün tarixi fürsətyaranıb. Ermənistanın son dövrdə davranışları sülhün bərqərarolmasına ümidlər yaratsa da yekun nəticənin əldə olunması, ocümlədən, sülh sazişinin imzalanması üçün Ermənistan tərəfi bundansonrakı dövrdə üzərinə düşən öhdəlikləri lazımınca yerinəyetirməlidir”.

Məqalədə:
Избранный
44
45
az.trend.az

10Источники