RU

Azərbaycanın futbol klubları avrokuboklarda 500-cü qolu vurdu

Bakı.Trend:

Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.

Trend xəbərverir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edilib ki, yubiley qolu Avropa Liqasının I təsnifatmərhələsinin “Sabah” – “Çelye” matçına (2:3) təsadüf edib.

Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycankomandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qolvurmuşdu.

Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifiolub.

Klublarımızın avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bumüddətdə komandalarımız Çempionlar Liqasında 122, Avropa Liqasında(əvvəlki UEFA Kuboku) 294, Konfrans Liqasında 64, İntertotoKubokunda 19, Kuboklar Kubokunda 1 qol vurub. Ölkəmizin 21 klubuavrokubok həyəcanı yaşayıb.

Qeyd edək ki, təmsilçilərimizin Avropadakı ilk qolunun müəllifiYadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb

Избранный
18
24
az.trend.az

10Источники