RU

® “Coca Cola Azərbaycan” minlərlə gəncin Məzun gününə dəstək olub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Daim gənclərin yanında olan, dünyada milyonlarla insanın sevilən sərinləşdirici içki brendi “Coca-Cola” bu il də Azərbaycan universitetlərinin Məzun gününə dəstək olub. Belə ki, ötən illərlə müqayisədə dəstəyin həcmi artaraq ölkənin 7 aparıcı universitetini əhatə edib.

Minlərlə gəncin sevincinə şərik olan şirkət tədbirlərdə sərinləşdirici içki dəstəyi də göstərib.

“Coca-Cola Azərbaycan” şirkətinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Türkan Manaflı bildirib ki, şirkət məzunların yanında olmaqdan qürur duyur: “Məzun günü gənclərin həyatında yeni bir mərhələnin başlanğıcıdır. Biz də bu əlamətdar gündə onların yanında olaraq, sevincini paylaşmaqdan və unudulmaz xatirələr yaratmaqdan fərəh hissi keçiririk. Biz gənclərin yanında olmaqdan qürur duyuruq. Məzunların hər birinə gələcək həyatlarında uğurlar arzulayırıq!”.

Xatırladaq ki, “Coca-Cola”nın hazırda “Musiqi 2025” kampaniyası keçirilir. Bu il sentyabrın 10-a qədər davam edəcək kampaniyaya daxil olan məhsullar xüsusi etiketli və sarı qapaqlı 0.5 litrlik “Coca-Cola” Klassik, “Coca-Cola” Sıfır Şəkər, “Fanta” Portağal və “Sprite”dır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
azertag.az

3Источники