RU

Aspiratordakı yağlar bir bir axacaq Bu ÜSULU EDİN

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mətbəxinizdə zamanla yığılan yağ ləkələri və kir qatları həm estetik, həm də funksional baxımdan problemlər yarada bilər. Xüsusilə aspiratorlarda bu problem geniş yayılıb və çox narahatlıq doğura bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, xoşbəxtlikdən, kimyəvi təmizləyicilərə ehtiyac olmadan, evdəki təbii vasitələrlə həm mətbəxi parıldatmaq, həm də aspiratorun fəaliyyətini artırmaq mümkündür. 

Mətbəxlərin əsas köməkçilərindən biri olan aspirator, yemək bişirərkən yaranan buxar və yağları sovuraraq həm havanı təmiz saxlayır, həm də pis qoxuların qarşısını alır. Lakin zamanla aspiratorun filtresində və daxili səthlərində yığılan yağ və kir qatları həm görüntü baxımından xoş olmur, həm də cihazın səmərəliliyini azaldır. 

Aspirator filtrini təmizləmək üçün ilk növbədə filtri cihazdan çıxarın. Bir ləyənə isti su tökərək içinə bir neçə damcı maye qab yuyucu əlavə edin. Filtri bu qarışımın içinə qoyub təxminən yarım saat saxlayın. Sonra plastik bir fırça ilə xüsusilə yağlı hissələri yavaşca fırçalayın. Axırda bol su ilə yuyub, təmiz və quru bezlə qurudun. Bu üsulla aspiratorunuz sanki yenicə alınmış kimi təmiz və effektiv olacaq.

Karbonatla təmizlik

Aspiratordakı yağları təmizləməyin ən təsirli yollarından biri karbonat və su qarışığıdır. Yarım çay stəkanı karbonatı bir qədər su ilə qarışdıraraq qatı bir macun hazırlayın. Bu qarışığı aspiratorun yağlı hissələrinə çəkin və bir neçə dəqiqə gözləyin, sonra isə su ilə silin.

Karbonat yağ ləkələrini yumşaq şəkildə təmizləyərək aspiratoru parıldadacaq. Alternativ olaraq, limon suyundan da istifadə edə bilərsiniz; limonun turşulu tərkibi yağları təmizləməkdə çox effektivdir. Karbonat və limon qarışığını tətbiq etdikdən sonra təmiz bir bezlə silin – nəticəyə heyran qalacaqsınız.

Qab yuyan tabletlə təmizlik

Aspirator təmizliyi üçün başqa bir praktik üsul isə qab yuyan maşınlar üçün nəzərdə tutulmuş tabletlərdir. Əvvəlcə filtrin üzərindəki yağları kağız dəsmal ilə alın. Sonra filtrini bir ləyənə qoyun və üzərinə bir ədəd qab yuyan tablet əlavə edin. Üzərinə qaynar su tökün və təxminən yarım saat gözlədin.

Bu üsullarla aspiratorunuzu kimyəvi maddələrə ehtiyac olmadan, sadəcə evdəki vasitələrlə ilk günkü vəziyyətinə qaytara bilərsiniz. Bu həm sağlamlıq, həm də cihazın uzunömürlülüyü baxımından olduqca faydalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
lent.az

2Источники