RU

Aİ: Bakı və İrəvan sülh sazişini tez imzalamalıdır

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycanı sülh sazişini mümkün qədər tez imzalamağa və ratifikasiya etməyə çağırır.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anitta Hipper “Armenpress”in sorğusuna cavab olaraq bildirib.

“Aİ Ermənistan və Azərbaycan liderləri arasında Əbu-Dabidə baş tutan görüşü alqışlayır. Aİ iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini tam şəkildə dəstəkləyir. Daha əvvəl də vurğuladığımız kimi, biz cari ilin mart ayında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi üzrə danışıqların başa çatmasını müsbət qiymətləndirmişik. Bu, regionda davamlı sülh və sabitliyə nail olmaq üçün mühüm addımdır,” – deyə Hipper bildirib.

Избранный
8
4
teleqraf.com

5Источники