RU

Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür

İyulun 11-i İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insan faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımının 30-cu ildönümüdür. Keçmiş Yuqoslaviyanın Srebrenitsa şəhərində 8300-dən çox  bosniyalı müsəlman qətlə yetirilib.

Modern.az xəbər verir ki, cəsədləri kütləvi məzarlıqlarda aşkarlanan faciə qurbanları şəxsiyyəti müəyyən edildikdən sonra Potoçari Memorial Qəbiristanlığında dəfn olunub. Hər il iyulun 11-də soyqırımı qurbanlkarını anım mərasimi keçirilir.

Faciədən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, yüzlərlə soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.

Qeyd edək ki, əsasən Avropadan olmaqla bəzi ölkələr müxtəlif illərdə Srebrenitsa soyqırımını pisləyən qanun layihələri və qətnamələr qəbul ediblər. Avropa İttifaqı rəsmiləri isə faciənin ildönümündə soyqırımını pisləyən çıxışlar edirlər.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilən soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib.

Избранный
21
3
modern.az

4Источники