RU

BRİKS lideri Trampı hədələdi: Qisas alacağıq

Braziliya ABŞ prezidenti Donald Trampın Amerika mallarına 50%-lik tarif tətbiq etməsinə cavab verib. Belə ki, onlar da öz ixracatına 50%-lik rüsumlar tətbiq etməklə ABŞ-a zərbə endirməyi planlaşdırır. Bu hədə isə ticarət müharibəsinə zəmin yaradır.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva deyib ki, əgər o, bizdən 50%-ni alsa, biz ondan 50%-i alacağıq.

"Braziliya Ümumdünya Ticarət Təşkilatına gedə, beynəlxalq araşdırma təklif edə və izah tələb edə bilər", - Lula da Silva deyib.

O, hökumətinin Trampın 50 faizlik tarif təhdidinə necə cavab verməsini müzakirə etmək üçün cümə axşamı səhəri Braziliya nazirlərini toplayıb. Lula da Silvanın aparat rəhbəri bildirib ki, necə cavab veriləcəyinə qərar vermək üçün araşdırma qrupu yaradılacaq.

Tramp artıq Braziliyanın onun hücumuna cavab verəcəyi təqdirdə qisas alacağını vəd edib.

Избранный
7
publika.az

1Источники