RU

İraqda PKK-nin tərksilahı prosesi başlayıb

İraqın Süleymaniyə əyalətində PKK döyüşçülərinin ilk qrupunun tərksilahı prosesi başlayıb və təntənəli mərasimə hazırlıqlar yekunlaşmaq üzrədir.

Day.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

"A Haber" telekanalı da birbaşa yayımda PKK-nın ilk qrupunun tərksilah olunması prosesinin faktiki olaraq başladığını təsdiqləyib və jurnalistlərin mərasimin keçiriləcəyi əraziyə təşkil olunmuş şəkildə aparılmasının mümkün olduğunu bildirib. Məlumata görə, PKK-nın ilk qrupunun tərkibində təşkilatın bəzi rəhbər şəxsləri də yer alır.

"Habertürk" telekanalı isə bildirib ki, Türkiyənin rəsmi prokürd DEM partiyasının nümayəndə heyəti Diyarbəkir vilayətindən Süleymaniyəyə gəlib. Telekanal nümayəndələrin Şimali İraqda iştirakını əks etdirən görüntülər yayımlayıb. Siyasətçilərlə yanaşı, İraqa bir sıra ictimai təşkilatların nümayəndələri də yollanıblar.

Ümumilikdə PKK-nın tərksilah mərasiminə Türkiyədən təxminən 150 nəfər qatılıb. Bu səfər Türkiyənin Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiya çərçivəsində həyata keçirilir.

Избранный
5
1
day.az

2Источники