Azərbaycanın çimərlik futbolu millisi Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.
Sportinfo.az xəbər verir ki, bunu “report”a komandanın baş məşqçisi Sahib Məmmədov deyib.
“Hazırlıqlara başlamışıq, artıq 4 məşq geridə qalıb. Avqustun sonuna qədər Bakıda hazırlaşıb, daha sonra Türkiyəyə təlim-məşq toplanışına yollanacağıq.
Oradan isə İtaliyada təşkil olunacaq Superfinala gedəcəyik”, - mütəxəssis vurğulayıb.
Azərbaycan yığması sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər yarışın A Liqasına yüksələcəklər.