RU

Tanınmış futbolçu dopinqə görə cəzalandırıldı: Bu preparat başına bəla olub

“Atletik Bilbao”nun müdafiəçisi Yeray Alvares dopinq-testinin müsbət çıxması səbəbilə yaxın zamanda komandaya kömək edə bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə futbolçu özü şəxsi sosial şəbəkə hesabında məlumat verib. O, qadağan olunmuş maddələr qəbul etmədiyini, problemin saç tökülməsinə qarşı profilaktik preparatdan qaynaqlandığını bildirib:

“Bundan bir neçə həftə əvvəl mənə bildirdilər ki, Avropa Liqasının "Mançester Yunayted"ə qarşı ilk yarımfinal oyunundan sonra verdiyim dopinq nümunəsi müsbət çıxıb. Belə bir xəbəri almaq mənim üçün çox ağır zərbə oldu.

Səmimi desəm, buna inanmaq çətindir, çünki həyatım boyu heç vaxt qadağan olunmuş maddələr qəbul etməmişəm. Uzun illərdir ki, keçmişdə qalib gəldiyim xəstəlikdən sonra alopesiya (saç tökülməsi) ilə mübarizə aparıram. Vəziyyəti araşdırdıqdan sonra məlum oldu ki, bu nəticə təsadüfən qəbul etdiyim, tərkibində qadağan olunmuş maddə olan saç tökülməsinə qarşı profilaktik preparatla əlaqədardır.

Hazırda intizam işi araşdırma mərhələsindədir və məxfi xarakter daşıyır. Bu səbəbdən müvəqqəti olaraq kənarlaşdırılmışam və ictimaiyyətə əlavə açıqlama verə bilmərəm”, – deyə Alvares yazıb.

Избранный
9
publika.az

1Источники