RU

"Messi tarixin ən yaxşısıdır" - Yamal

İspaniya çempionu "Barselona"nın və Avropa çempionu İspaniyanın 17 yaşlı cinah oyunçusu Lamin Yamal tarixin ən yaxşı futbolçusunun adını açıqlayıb. 

"Unikal" xəbər verir ki, "Mundo Deportivo" Yamalın sözlərini sitat gətirib. 

 "Mənim üçün Leo Messi tarixin ən yaxşısıdır. Onun meydandakı bütün hərəkətləri, oyununun bütün komponentləri xoşuma gəldi. Doğrudan da, onun oyunu çox cəlbedici idi", - deyə ulduz futbolçu qeyd edib. 

İyulun 13-də Yamalın 18 yaşı tamam olacaq. Həmin gün "Barselona"nın Yamala 10 nömrəli formanı təhvil verəcəyi gözlənilir. Messi bu nömrə ilə Kataloniya komandasında oynayırdı. 

Ağarza Elçinoğlu

Избранный
20
unikal.az

1Источники