İtalyan alimləri 7 milyard il əvvəl dəyişməz qalan KiDS J0842+0059 adlı fosil qalaktika kəşf ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu qalaktika, ilk kainatda sürətlə ulduzlar əmələ gətirərək sonra təcrid olunmuş vəziyyətdə qalan nadir bir nümunədir.
3 milyard işıq ili uzaqlıqda yerləşən qalaktikanın ulduzlarının 99,5%-i erkən dövrdə əmələ gəlib. Fosil qalaktikalar yeni ulduzların yaranmasının dayandığı və digər qalaktikalarla birləşmədiyi strukturlardır.
2018-ci ildə Çilidəki VLT teleskopu ilə aşkar edilən bu qalaktikanın identifikasiyası Böyük Dürbün Teleskopu ilə aparılıb. Alimlər, Evklid teleskopu ilə daha çox fosil qalaktikası tapmağı hədəfləyirlər.