RU

Super Liqada ilk iki yeri tutacaq komandalar Azərbaycanı avrokuboklarda təmsil edəcək

Çimərlik futbolu üzrə Super Liqada ilk iki yeri tutacaq komandalar Azərbaycanı avrokuboklarda təmsil edəcəklər.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycan Çimərlik Futbolu Federasiyasının meneceri Rüfət Həsənov deyib.

“İlk iki yeri tutacaq komandalar avrokuboklara vəsiqə qazanacaqlar. Çalışırıq belə yarışlar davamlı olsun.

Çünki həmişə maraqlı keçir, futbolçular da bəyənirlər. Amma təəssüf ki, həmişə alınmır.

Məsələn, ötən il də turnir keçirmək istəyirdik, amma olmadı. Super Liqanın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.

Avrokubok oyunları indiyədək Portuqaliyanın Nazare şəhərində təşkil olunub. Bu il harada baş tutacağı hələ dəiqləşməyib”, - deyə qurum rəsmisi söyləyib.

O, bank təminatı məktubu verən klubların Super Liqada iştirakının təsdiqləndiyini vurğulayıb:

“Yarışda cəmi 6 komanda mübarizə aparacaq. Hansı kollektivlər rəsmi şəkildə müraciət edib və avrokuboklarda iştirakla bağlı bank təminat veribsə, onlar da yarışa qatılacaqlar”.

Super Liqa iyulun 11-15-i aralığında baş tutacaq.

Избранный
18
sportinfo.az

1Источники