RU

"Spartak"ının sabiq üzvü Azərbaycan klubuna lazım olmadı

"Sumqayıt" yeni mövsümə hazırlıqlarını davam etdirir.

Dünəndən Ronaldo Vaskes də düşərgədə yer alıb.

Amma ilk gündən kənarda qalan Silvanus Nimelidən xəbər yoxdur.

Əldə etdiyimiz məlumata görə, 26 yaşlı forvardın hələ də geri qayıtmaması səbəbsiz deyil.

2026-cı ilin yayına qədər müqaviləsi olan legionerlə yolların ayrılması an məsələsidir.

Böyük ehtimalla Liberiya millisinin üzvü ilə qarşılıqlı razılıq əsasında yollar ayrılacaq.

Rusiya "Spartak"ının sabiq üzvü ötən yaydan "Kimyaçılar"ın formasını geyinirdi.

Onun burada 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
22
sportinfo.az

1Источники