RU

Xəlil Trampdan 20 milyon dollar təzminat tələb edir

Mart ayında Fələstinə dəstək nümayişlərinə rəhbərlik etdiyi üçün ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi tərəfindən saxlanılan Kolumbiya Universiteti tələbəsi Mahmud Xəlil, Tramp administrasiyasına qarşı 20 milyon dollar təzminat tələb edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xəlil, siyasi motivlərlə həbs edildiyini və ona dəymiş zərərlə bağlı hüquqi mübarizə apardığını açıqlayıb.

Nyu Yorkdakı Konstitusiya Hüquqları Mərkəzi, onun siyasi qisas və səlahiyyətdən sui-istifadə səbəbiylə təzminat istədiyini bildirib. Həbsi martın 3-də baş verib, amma iyunun 20-də zaminə buraxılıb. Xəlil, ABŞ-da yaşıl kart sahibi olmasına baxmayaraq, deportasiya ediləcəyi ilə hədələnib.

Избранный
7
manset.az

1Источники