RU

“Yalı Çapkını”nın ulduzu yeni sevgilisi ilə - FOTOLAR

“Yalı Çapkını” serialı ilə milyonların qəlbini fəth edən aktyor Mert Ramazan Demir şəxsi həyatı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, aktyor hazırda Akyaka bölgəsində istirahət edir. Tətil zamanı paparatsilər tərəfindən lentə alınan görüntülərdə Mertin naməlum bir xanımla səmimi və romantik anlar yaşadığı müşahidə olunub. Cütlük çimərlikdə birgə vaxt keçirib, əl-ələ gəzib, mehriban davranışları ilə diqqət çəkib.

Görüntülər sosial şəbəkələrdə yayılaraq qısa müddətdə gündəmə çevrilib. İzləyicilər aktyorun yeni sevgilisi haqqında müxtəlif təxminlər irəli sürsələr də, hələlik onun kimliyi rəsmi şəkildə açıqlanmayıb.

Xatırladaq ki, Mert Ramazan Demir daha əvvəl uzun müddət həmkarı, məşhur aktrisa Afra Saraçoğlu ilə münasibətdə olub.

Könül
Musavat.com

Избранный
3
1
musavat.com

2Источники