RU

İraqda PKK-nin tərksilahı prosesi başlayıb

Bakı. Trend:

İraqın Süleymaniyə əyalətində PKK döyüşçülərinin ilk qrupununtərksilahı prosesi başlayıb və təntənəli mərasimə hazırlıqlaryekunlaşmaq üzrədir.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

"A Haber" telekanalı da birbaşa yayımda PKK-nın ilk qrupununtərksilah olunması prosesinin faktiki olaraq başladığınıtəsdiqləyib və jurnalistlərin mərasimin keçiriləcəyi əraziyə təşkilolunmuş şəkildə aparılmasının mümkün olduğunu bildirib. Məlumatagörə, PKK-nın ilk qrupunun tərkibində təşkilatın bəzi rəhbərşəxsləri də yer alır.

“Habertürk” telekanalı isə bildirib ki, Türkiyənin rəsmi prokürdDEM partiyasının nümayəndə heyəti Diyarbəkir vilayətindənSüleymaniyəyə gəlib. Telekanal nümayəndələrin Şimali İraqdaiştirakını əks etdirən görüntülər yayımlayıb. Siyasətçilərləyanaşı, İraqa bir sıra ictimai təşkilatların nümayəndələri dəyollanıblar.

Ümumilikdə PKK-nın tərksilah mərasiminə Türkiyədən təxminən 150nəfər qatılıb. Bu səfər Türkiyənin Milli Kəşfiyyat Təşkilatı iləkoordinasiya çərçivəsində həyata keçirilir.

Məqalədə:
Избранный
15
1
az.trend.az

2Источники