RU

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda pambıq istehsalçılarına məhsulun qəbulu haqqında verilən qəbz elektronlaşdırılır.

Pambığın qəbul qəbzinin kağız daşıyıcılarda tərtib olunması prosesin elektronlaşmasına və asanlaşmasına mane olur. Belə ki, vətəndaşlar qəbzi skan edərək Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə məcbur olurlar.

Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə əsasən malların təhvil verilməsi (təhvil alınması) elektron qaimə-faktura və malların alış aktı ilə təsdiq edilir. Həmin sənədlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış “elektron qaimə-faktura” və ya “elektron alış aktı” altsistemində elektron qaydada hazırlanır və təsdiqlənir.

Elektron qaimə-fakturanın və elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə həyata keçirilir. Elektron qaimə-fakturanın və elektron alış aktının seriya və nömrəsi AVİS vasitəsilə verilir və müvafiq olaraq eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. AVİS-dən inteqrasiya edilən məlumatlar əsasında vətəndaşlardan əlavə sənəd tələb edilmədən məhsul subsidiyası hesablana bilər.

Избранный
9
33
publika.az

10Источники