RU

Azərbaycan və Ermənistan deputatları görüşə bilər

İyulun 10-da Azərbaycan və Ermənistan liderləri arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən görüş beynəlxalq aləmdə böyük əks-səda doğurub.

Nümayəndə heyətlərinin müşayiəti ilə baş tutan görüşün konstruktiv olduğu, sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələrin aparıldığı bildirilib.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Nəhayət ki, Ermənistanın gerçəkliyi anladığı və sülhə yaxın olduğu düşünülür. Ermənistandakı müəyyən qüvvələr sülhə mane olmaq istəsələr də, ölkə cəmiyyətində müharibədən yorğunluq nəzərə çarpır.

Sosial mediada yayılan məlumatlarda azərbaycanlı və erməni deputatların görüşə biləsəyi ehtimalları irəli sürülb. Rusiya xarici işlər nazirnin müavini Mixail Qaluzin də "İzvestiya”ya bugünkü açıqlamasında Moskvanın Ermənistan və Azərbaycan parlamentariləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqa platforma verə biləcəyini bildirib.

Modern.az-ın əldə etdiyi məlumatına görə, Ermənistan və Azərbaycan deputatları arasında görüş baş tuta bilər.

Mümkün görüşün Gürcüstanda, bu ölkənin vasitəçiliyi ilə realaşşacağı gözlənilir. Qeyd edək ki, gürcüstanlı deputatlar əvvəllər dəfələrlə belə təklif irəli sürüblər.

Ancaq ən yüksək səviyyədə baş tutan 10 iyul tarixli Əbu-Dabi görüşü vasitəçisiz gerçəkləşibsə, iki ölkə deputatlarının müzakirəsi niyə ikili formatda mümkün olmasın...

Избранный
8
modern.az

1Источники