09.07.2025-ci il tarixində Doğma Yurda Qayıdış İctimai Birliyi Bərdə rayon 588 saylı məcburi köçkün qəsəbəsində "Yurda Dönüş: İmkanlar və prespektivlər" adlı layihə çərçivəsində növbəti 2-ci tədbirini keçirdi. Tədbiri giriş sözü ilə təşkilatın sədri Səməd Hətəmov açıq elan etdi. Öncə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra layihə rəhbəri S.Hətəmov bu tədbirin keçirilməsinə və maliyyə dəstəyinə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirdi. İşğaldan azad olunmuş ərazilərdəki quruculuq işləri və dövlət proqramları haqqında məlumat verən layihə rəhbəri yeni inşa edilən hava limanları haqqında məlumat verdi. Sonra söz layihənin eksperti Aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevə verildi. X.Musayev vergi güzəştləri, böyük qayıdış siyasəti, ərazinin şirin su ehtiyatları, yaşıl enerjinin müsbət tərəfləri ilə bağlı iştirakçılara ətraflı məlumat verdi. Ekspert Qarabağın inkişaf strategiyası, bölgənin turizm potensialı ilə bağlı fikirlərini bildirdi. Çıxış üçün söz alan tədbir iştirakşıları layihə rəhbərinə və ekspertə müxtəlif suallar ünvanladılar və ətraflı cavablar aldılar.Doğma Yurda Qayıdış İctimai Birliynin Mətbuat Xidməti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31