RU

Bu müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) şəhərlərarası və şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

AYNA-dan bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba istiqamətlərində 6 Lot üzrə avqustun 26-da;

Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə avqustun 29-da;

Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal) istiqamətlərində 5 Lot üzrə sentyabrın 2-də;

Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi)-Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətlərində 5 Lot üzrə sentyabrın 5-də baxılacaq.

"Cebheinfo.az" 

Избранный
74
17
cebheinfo.az

10Источники