RU

Haaland orada dincəlir: Tək deyil

Futbolçu Erlinq Haaland "Mançester Siti" ilə keçirdiyi uzun mövsümdən sonra istirahətə yollanıb.

Publika.az xəbər verir ki, o, tək deyil. Sevgilisi İzabel ilə birlikdə İbizaya yollanıb. Norveçli ulduz hücumçu gərgin mövsümün yorğunluğunu icarəyə götürdüyü yaxtada çıxarmağa çalışır.

Bu zaman o paparatsilərin diqqətini cəlb edib. Nəticədə onun istirahət fotoları gündəmə çevrilib.

Qeyd edək ki, Haaland bu mövsüm 300 qol həddini keçməklə karyerasında uğura imza atıb. O, “Molde”də 20, “Zalsburq”da 29, “Borussiya Dortmund”da 86, “Mançester Siti”də isə 124 qol vurub. Forvard millinin heyətində 42 dəfə fərqlənib.

Heybət

Избранный
13
publika.az

1Источники