RU

Azərbaycanlı şahmatçılar Türkiyə turnirində lideri izləyirlər

Azərbaycanlı şahmatçılar Türkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq turnirdə çıxışlarını davam etdirirlər.

İdman.biz xəbər verir ki, altı turdan sonra Misrətdin İskəndərov və Şiroğlan Talıbov hərəyə 4,5 xal toplayaraq turnir cədvəlində qonşu yerlərdə – beşinci və altıncı pillələrdə qərarlaşıblar.

Turnirin lideri isə 5 xal toplayaraq ən yaxın izləyicilərini yarım xal qabaqlayan Yevgeni Romanovdur (Şimali Makedoniya).

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olacaq turnirdə ümumilikdə 82 şahmatçı çıxış edir.

İdman.biz

Избранный
15
idman.biz

1Источники