RU

İntihar edən sabiq nazirin son mesajı...

Rusiya siyasətini şoka salan ölümlə bağlı yeni təfərrüatlar ortaya çıxır. İyulun 7-də vəzifəsindən azad edilən keçmiş nəqliyyat naziri Roman Starovoytun intihar etməzdən əvvəl həmkarlarına qısa, lakin mənalı mesaj göndərdiyi bildirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın aparıcı qəzetlərindən biri olan "Kommersant" məlumat dərc edib.

Bildirilir ki, Starovoyt Nəqliyyat Nazirliyinin əməkdaşları üçün mesajlaşma qrupunda “Ölkə üçün faydalı işlərlə məşğul olun. Çox yaşayın", - sözlərini yazıb. Toyuqlu pizza

Məlumata görə, sabiq nazir vəzifəsindən azad edildiyi gün nazirliyin binasına gedib və köməkçiləri ilə adi görüş keçirib. Həmin gün Starovoytun yaxın müşaviri ilə təkbətək görüşü olduğu və bu görüşdə “Gələcəyə hələ ümid var” deyərək təsəlli aldığı bildirilir.

Lakin bu hadisələrdən sonra axşam saatlarında Starovoytun meyiti Moskva yaxınlığında öz avtomobilində tapılıb. Səlahiyyətlilər hadisənin intihar olduğunu bildiriblər./Unikal.az


Telegram kanalımız
Избранный
7
2
yenisabah.az

3Источники