
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı daha bir hərbçisini itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, Qəzza zolağının cənubundakı Xan Yunisdə baş verən partlayış nəticəsində “Qolani” Briqadasının kəşfiyyat bölməsinin komanda rəhbəri, 21 yaşlı kapitan Rey Biran həlak olub.