RU

Hindistanlı tennisçi atası tərəfindən güllələnib

Perspektivli hindistanlı tennisçinin atası tərəfindən güllələndiyi bildirilir.

İdman.biz Hindistan mətbuatına istinadən xəbər verir ki, Radhika Yadav üç güllə yarası alıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər 25 yaşlı idmançının həyatını xilas edə bilməyiblər.

Əvvəlcə qətlin ailə-məişət zəminində baş verdiyi fikri irəli sürülüb. Atası Radhikanın sosial şəbəkələrdəki fəallığından və davamlı olaraq qısa videolar çəkməsindən narazı olub.

Lakin müstəntiqlər bildiriblər ki, əsas səbəb uzun müddətdir davam edən münaqişədir. Atası qəzəblənib ki, Radhika öz tennis akademiyasını özü idarə edib və qohumları və qonşuları onu qızının gəlirindən asılı olduğuna görə ələ salıblar.

İdman.biz

Məqalədə:
Избранный
15
1
idman.biz

2Источники