RU

Təhsil sadəcə bilik deyil, bu, milli missiyadır

Bu, bir bilik ötürmə prosesi deyil, bu, sabahı düşünən, dövlətin gələcəyini formalaşdıran bir ideoloji xəttdir.Bu, bir bilik ötürmə prosesi deyil, bu, sabahı düşünən, dövlətin gələcəyini formalaşdıran bir ideoloji xəttdir.

Bu fikirləri təhsil eksperti Elçin Əfəndiyev AzEdu.az-a açıqamasında bildirib:

"Təhsil sadəcə bilik deyil, bu, milli missiyadır.

Daxili İşlər Nazirliyində keçirilmiş Kollegiya iclasında səsləndirilən fikirlər məni bir müəllim kimi qürurlandırır. Niyə?

“Bu sahədə həyata keçirilən tədbirlər yalnız kadr çatışmazlığının aradan qaldırılması deyil”, “strateji əhəmiyyət daşıyan xüsusi təyinatlı təhsil ocaqları” – bir daha təsdiqləyir ki, təhsil prosesi təkcə texniki-peşə hazırlığından ibarət deyil.

Əsas hədəf ideoloji məsuliyyət daşıyan, hüququn aliliyinə sadiq, vətənpərvər, mənəvi və intellektual baxımdan formalaşmış vətəndaş yetişdirməkdir. Xüsusilə hüquq-mühafizə orqanlarına kadr hazırlığında bu yanaşma, sadəcə savadlı deyil, həm də möhkəm dəyərlərə sahib, məsuliyyətli şəxslərin cəmiyyətə qazandırılması deməkdir.

Bu, bir bilik ötürmə prosesi deyil, bu, sabahı düşünən, dövlətin gələcəyini formalaşdıran bir ideoloji xəttdir.

Təsadüfi deyil ki, məhz son illər hüquq-mühafizə istiqamətində görülən müsbət tədbirlər gənclərin gələcəklə bağlı alacağı qərarlarda da özünü göstərir. Bunun bariz nümunəsi kimi Daxili İşlər Nazirliyinin Polis Akademiyasına ildən-ilə artan müraciət sayını və buna müvafiq olaraq artan plan yerini göstərmək olar".

Избранный
6
azedu.az

1Источники