RU

Vəzifəsində saxlanıldı - Verdiyi vədi yerinə yetirə bilməsə də...

Üzümüzə gələn mövsümdən I Liqada yarışacaq «Şəfa» baş məşqçisi ilə müqaviləni yeniləyib. Ötən ilin dekabrından paytaxt təmsilçisini çalışdıran Elgiz Kərəmli daha 1 il sükan arxasında qalacaq. Anlaşmaya əsasən, komanda Premyer Liqaya vəsiqə qazanarsa, işbirliyinin müddəti 2027-ci ilin yayınadək uzadılacaq. «Şəfa» keçən sezon II Liqada mübarizə aparıb. Çempionatın ən böyük büdcəyə malik iştirakçısı qızıl medal əldə edə bilməyib: E.Kərəmli «13 oyuna 13 qələbə» vədi ilə görəvə gəlsə də, kollektiv «Şahdağ»dan geri qalaraq ikinciliklə kifayətlənib.
SPORTİNFO.AZ

Избранный
20
sportinfo.az

1Источники