RU

“Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” elmi seminar

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Milli Aviasiya Akademiyasında “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, seminarı birinci prorektor professor Ədalət Səmədov açaraq Milli Aviasiya Akademiyasının yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, müasir infrastrukturu, təhsil və təlim prosesi barədə məlumat verib.

Sonra Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli “Hərbi təcavüz və işğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Ermənstanın Azərbaycana qarşı hərbi təcavüzü və işğal dövründə vurulmuş zərərin hesablanması üçün hazırlanmış metodologiya barədə geniş məlumat verib. Qeyd edib ki, dəymiş zərərin qiymətləndirilməsi üzrə 2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılan Dövlət Komissiyasının hesabatının hazırlanmasında işçi qrupu ilə yanaşı İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı da iştirak edib. Məruzəçi dəymiş mənəvi və maddi (insan, daşınar və daşınmaz əmlak, iqtisadi itkilər, minalarla çirkləndirilmənin ətraf mühitə vurduğu zərərin) hesablanması və qiymətləndirilməsinin metodologiyası, alət və üsullarını təhlil edib. Yeni metodologiya əsasında qiymətləndirməyə görə, Ermənistanın işğal dövründə Azərbaycana vurduğu zərərin ümumi həcmi təqribən 250 milyard manat (150 milyard ABŞ dolları) qədərdir. Sonda N.Müzəffərli iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə Milli Aviasiya Akademiyasınnın, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı, UNEC-in, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tədqiqatçıları iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
4
azertag.az

5Источники