RU

Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

İyulun 10-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 11,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Operativ Media xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, kultivasiya yolu ilə yetişdirilmiş 71 ədəd çətənə kolu da aşkar olunaraq zərərsizləşdirilib.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Избранный
16
2
operativmedia.az

10Источники