RU

Tennisçilərimiz Avropada yarışacaqlar

Azərbaycanın yeniyetmə və gənc stolüstü tennisçiləri Çexiyanın Ostrava şəhərində təşkil olunacaq Avropa birinciliyində iştirak edəcək. Bu barədə mətbuata Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı mötəbər yarışda 6 idmançı - Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə təmsil edəcək. Onlar baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir iyulun 11-20-si aralığında keçiriləcək. Azərbaycan seçməsi dünən Ostrava şəhərinə yola düşüb.

M.HACIXANLI 
XQ

 

Избранный
7
4
xalqqazeti.az

5Источники