RU

Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

[center]Nəsimi[/center]

Bakı şəhərinin mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb. İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. Rayon ərazisindəki qanunsuz tikintilərin isə icra hakimiyyətinin səlahiyyətli şəxslərinin xeyir- duası ilə həyata keçirildiyi iddia olunur. Heç bir rəsmi icazə sənəd olmadan müxtəlif obyektlər inşa edilir.

Nəsimi rayonunda Süleyman Rüstəm və Mirhəşimov küçələrinin kəsişməsində, Nəsimi bazarının yanında aparılan tikintidən də ərazidə yaşayan vətəndaşlar narazıdır. Onların sözlərinə görə heç bir rəsmi icazəsi olmadan aparılan bu qanunsuz tikinti həyətdə uşaqların oynaması üçün kiçik ərazini belə zəbt edib, gələcəkdə isə bu tikinti evləri gün işığından məhrum edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallah Nazirliyi isə məsələyə münasibət bildirmir. Ərazidə tikinti aparan işbazın yüksək dairələr tərəfindən himayə olunduğu və Nəsimi rayonu ərazisində bir çox belə qanunsuz tikintiyə qanuni don geyindirdiyi bildirilir. Deyilənə görə, həmin işbazın həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də Nəsimi rayonunun məsul şəxsləri ilə isti münasibəti var. Onu da bildirək ki, 2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur. Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır. G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir.

Şikayətdə iddia olunan məsələlərlə bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!

TEREF

Избранный
16
yenisoz.az

1Источники