"Real Madrid" Alvaro Karreras transferi üçün "Benfika" ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, "kral klubu" 23 yaşlı sol cinah müdafiəçisi üçün Lissabon təmsilçisinə 50 milyon avro ödəyəcək. Bu məbləğ hissələrə bölünərək ödəniləcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A. Karreras 2017-20-ci illər arasında "Real Madrid"in akademiyasında oynayıb. O, 2024-cü ilin yanvarından "Benfika"da çıxış edirdi.

Gənc futbolçu bu yay "Real Madrid"in 4-cü transferi olacaq. Ondan öncə Din Höysen, Trent Aleksandr-Arnold və Franko Mastantuono Madrid təmsilçisinə qoşulmuşdu.