RU

Bu xanım maşın sürən zaman yola baxmaqdan başqa hər şey edir VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sükan arxasında kobud qayda pozuntuları törədən xanım sürücü qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, Afət Quluzadə adlı qadın nəqliyyat vasitəsinin hərəkəti zamanı əlini sükandan çəkərək gah yemək yeyir, gah danışan zaman müxtəlif hərəkətlər edir.

Videodan görünür ki, sürücünün diqqəti tamamilə yayınıb və o, ətrafdakı nəqliyyat vasitələrinə, yol hərəkətinə nəzarət etmir. Bu isə həm onun öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini ciddi şəkildə riskə atır.

Təəssüflə qeyd olunmalıdır ki, bu kimi halların sayı, xüsusilə gənc xanımlar arasında artmaqdadır. Onlar sükan arxasında video çəkərək sosial şəbəkələrdə paylaşır, beləliklə də məsuliyyətsiz davranışları ilə digərlərinə pis nümunə olurlar.

Bu cür məsuliyyətsiz davranışlar, xüsusilə də gənc xanımlar arasında getdikcə adiləşir. Onlar bir-birilərinə baxaraq videolar çəkməyə, sosial şəbəkələrdə paylaşmağa və guya "cazibədar", "müasir" görünməyə çalışırlar. Halbuki bu hərəkətlər nə estetikdir, nə də müasir cəmiyyətin dəyərlərinə uyğundur. Əksinə, belə davranışlar yol hərəkəti mədəniyyətinə, qanunlara və ən əsası insan həyatına ciddi təhlükə yaradır.

Unutmaq olmaz ki, sükan arxasında edilən hər bir məsuliyyətsizlik saniyələr içində faciə ilə nəticələnə bilər. Sosial şəbəkələrdə bəyənmə qazanmaq uğrunda başqalarının və öz həyatını riskə atmaq nə ağıllı, nə də qəbuledilən bir davranışdır.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
avtosfer.az

1Источники