RU

Əmək münasibətlərində hamilə qadınların hansı üstün hüquqları var?

"Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, hamilə qadınlara və üç yaşına qədər uşağı olan qadınlara, həmçinin, bu yaşa qədər uşağını təkbaşına böyüdən kişilərə sınaq müddəti təyin edilə bilməz".

Operativ Media xəbər verir ki, bunu İnsan resursları üzrə mütəxəssis Kəmalə Yusifova “vergiler.az”-a açıqlamsında bildirib.

O bildirib ki, hamilə qadınlar attestasiya edilmir və onlar, üç yaşına qədər uşağını təkbaşına böyüdən valideynlər sertifikasiyadan keçmirlər.

Bundan başqa, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, hamilə qadınlar və üç yaşına qədər uşağı olan qadınlar, eləcə də uşağını təkbaşına böyüdən kişilər əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən şəxslər siyahısına daxildir.

Ekspert qeyd edib ki, hamilə qadınların həftəlik iş saatları da qanunla tənzimlənir:

"Əmək Məcəlləsinin 91-ci maddəsi, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün, eləcə də üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün həftəlik iş saatını 36 saatla məhdudlaşdırır.

Əmək Məcəlləsinin 98-ci maddəsi isə hamilə qadınların gecə işlərinə cəlb edilməsini qadağan edir. Hamilə qadınlar, 14 yaşınadək uşağı olan və əlil uşağı olan qadınlar, həmçinin üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə işlərinə yalnız yazılı razılıqları ilə cəlb edilə bilər".

Kəmalə Yusifova vurğulayıb ki, hamilə qadınların əmək hüquqlarının qorunması, tibb müayinələri zamanı da nəzərə alınır:

"Hamilə qadınlar, həkim müayinələri üçün işəgötürəndən müvafiq şərait yaratmasını tələb edə bilərlər. Belə müayinələr zamanı isə onların əməkhaqqı saxlanılır".

Onun sözlərinə görə, müddətli əmək müqaviləsinin bitməsi halında isə, Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müqavilənin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verilə bilər. Bu halda, hamilə qadınlarla bağlanmış müqavilələr, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, ləğv edilə bilər:

"Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, hamilə qadınların və 3 yaşınadək uşağı olan qadınların, həmçinin əlil uşaq böyüdən qadınların xahişi ilə işəgötürən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda, qadının iş vaxtı tərəflərin razılığı ilə müəyyən olunur.

Bütün bu hüquqlar, hamilə qadınların və kiçik uşaqlı valideynlərin iş yerində daha yaxşı şəraitdə çalışmasını təmin etməyə yönəlib və onların hüquqlarının qorunmasını əsas məqsəd qoyur"

Избранный
238
50
operativmedia.az

10Источники