ABŞ Prezidenti Donald Tramp, Kanadanın Baş naziri Mark Karniyə ünvanladığı məktubda Birləşmiş Ştatların 1 avqustdan etibarən Kanadadan idxal olunan məhsullara 35%-lik gömrük rüsumları tətbiq edəcəyini bildirib.
APA xəbər verir ki, sənəd Trampın “Truth Social” hesabında dərc edilib.
“Sentyabrın 1-dən ABŞ-a gətirilən Kanada məhsulları 35% gömrük rüsumu ilə vergiyə cəlb olunacaq”, – deyə məktubda qeyd olunur.