RU

Məhəmməd Kudus rəsmən “Tottenhem”də!

Futbol üzrə Qana millisinin və “Vest Hem”in hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Kudus “Tottenhem”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu keçid üçün londonlular “Vest Hem”ə 63,8 milyon avro ödəyiblər. 24 yaşlı qanalı futbolçu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalanıb. Kudus “Tottenhem”də 20 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Məhəmməd Kudus 2023-cü ildə “Ayaks”dan “Vest Hem”ə keçmişdi. O, 2024/2025-ci illər mövsümündə 35 matçda 5 qol vurub, 4 ötürmə verib. Kudusun “Vest Hem” karyerası bütövlükdə 80 oyun, 19 qol və 13 assistdən ibarətdir. O, karyerası ərzində “Nordsyelland” və “Ayaks” kimi klubların da şərəfini qoruyub.

Kudus Qana yığmasında da 42 matça çıxıb, 12 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Избранный
16
4
arena.az

5Источники