RU

Moskvaya strateji siqnal verildi: Plan hazırdır, Ukraynaya onlar nəzarət edəcəklər

Ölkənin yenidən qurulması planı çərçivəsində Rusiya ilə atəşkəs razılaşması əldə edildikdən sonra “istəkli” dövlətlərin koalisiyası Ukraynanın hava və dəniz məkanında patrul edəcək.

Publika.az Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə mətbuat konfransı zamanı planları açıqlayıb.

“Bizim iki müdafiə nazirliyi rəhbərimizin gördüyü bütün işlər məhz 30 tərəfdaş ölkədən ibarət koalisiya təşkil etmək, Ukrayna ordusunun bərpasını təmin etmək üçün havada və dənizdə patrul xidməti həyata keçirməkdən ibarətdir”, - deyən Fransa rəhbəri iddia edib ki, bu, Moskvaya “strateji siqnal” göndərəcək.

“Bu koalisiya sadəcə olaraq avropalıların Ukraynanı heç vaxt tərk etməyəcəyinə dair bir siqnaldır”, - Makron deyib.

Makronun sözlərinə görə, atəşkəsdən dərhal sonra Ukraynaya “istəklilər koalisiyası”nda iştirak edən ölkələrin qoşun kontingenti yerləşdirilə bilər.

Избранный
32
publika.az

1Источники