RU

“Real”da itki: Mövsümün əvvəlini buraxacaq

“Real”ın hücumçusu Endrik İspaniya çempionatının yeni mövsümünün startını buraxa bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

18 yaşlı braziliyalı futbolçu mayın 18-də La Liqanın 37-ci turunda “Sevilya” ilə oyunda aldığı bud əzələsi zədəsini yenidən hiss edib. Məhz bu səbəbdən o, klublararası dünya çempionatını buraxmalı olub.

Endrik 2024/25 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 37 oyuna çıxaraq 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Madrid klubunun növbəti rəsmi oyunu avqustun 19-da baş tutacaq. La Liqanın 1-ci turunda “Real” “Osasuna”nı qəbul edəcək.

Избранный
34
publika.az

1Источники