RU

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Avrokubokların I təsnifat mərhələsinin ilk görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənb.
 
Fanat.Az
-ın məlumatına görə, Azərbaycan UEFA əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib.

"Sabah" Avropa Liqasına məğlubiyyətlə (2:3) başlamaqla siftəni korlayıb. 

Beləliklə, qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda ölkəmizin əmsalı 17.125-ə bərabərdir. "Sele"nin "Sabah"a qalib gəlməsi 26-cı sırada olan Sloveniyanın aradakı fərqi artırmasına yol açıb. Sözügedən ölkənin hazırda 18.593 əmsal xalı var. Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 17.850, 30-cu yerdə olan Bolqarıstanın isə 16.250 xalı var.

 55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.   

Mirağa

Избранный
20
fanat.az

1Источники