Sea Breeze

Deputat Azər Allahverənov Nardaran Sağlamlıq Mərkəzində tibb heyəti ilə görüşüb

Görüş çərçivəsində Milli Məclisin deputatı Azər Allahverənov Nardaran Sağlamlıq Mərkəzində olub, baş həkim və mərkəzin digər həkim heyəti və əməkdaşları ilə görüş keçirib.

Görüş zamanı tibb işçiləri deputata mövcud çatışmazlıqlar barədə məlumat verib, Mərkəz tərəfindən qəsəbə əhalisinə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində icrası vacib sayılan vəzifələr barədə danışıblar.

Deputat onların səsləndirdiyi məsələri dinləyərək, tibb mərkəzində mövcud bəzi çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti strukturlara deputat sorğusunun yönləndiriləcəyini bildirib.

Azər Allahverənov səhiyyə sahəsində çalışanların fəaliyyətinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mövcud problemlərin mərhələli şəkildə həlli üçün lazımi addımların atılacağını diqqətə çatdırıb.

ETX
ETX
ETX