RU

Tramp Putini tənqid edib, Rusiyaya görün nə vəd etdi

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə qarşı sərt ittihamlarla çıxış edib. Publika.az xəbər verir ki, NBC telekanalına verdiyi müsahibədə Tramp bildirib ki, Putin çox xoş danışır, amma bu sözlərin heç bir mənası yoxdur.

“Putin mənə qarşı hər zaman yaxşı danışır. Amma bu, boş sözlərdir. Minlərlə insanın ölümünə səbəb olan bir insandan danışırıq. Bu xoş danışıq nəyə lazımdır?”, – deyə Tramp qeyd edib.

Eyni zamanda o, Rusiyadan məyus olduğunu və bazar ertəsi "böyük açıqlama" verməyi planlaşdırdığını bildirib.

Müsahibə zamanı Tramp Ukraynaya müdafiə silahlarının göndərilməsini dəstəklədiyini açıqlayıb. O, Patriot hava hücumundan müdafiə sistemlərinin göndərilməsini təsdiqləyərək ABŞ-ın bu sahədə daha aktiv mövqe tutacağını vurğulayıb.

Избранный
33
publika.az

1Источники