RU

Azərbaycanda əhaliyə XƏBƏRDARLIQ - Pullarınızı itirə bilərsiniz (VİDEO)

“Məhsulu almaq istəyirəm, zəhmət olmasa kartını yaz” — tanış cümlədir, deyilmi? Bəli, dələduzlar yenə iş başındadır. Onlar sizi alqı-satqı bəhanəsi ilə tora salmağa çalışırlar. Beh göndərmək adı ilə kart məlumatlarınızı və SMS kodunu istəyirlər.


Mövzu ilə bağlı Manset.az-a danışan texnoblogger Fərid Pərdəşünas bildirib ki, dələduzlar 16 rəqəmli kart nömrəsi ilə yanaşı, kartın bitmə tarixini, CVV kodunu və bəzi hallarda nömrəyə göndərilmiş təsdiq kodunu da tələb edirlər:  

"Təəssüf ki, bəzi vətəndaşlarımız bu dələduzlara inanır və hətta kartın ön və arxa tərəfinin şəkillərini göndərirlər ki, guya beh göndərilsin. Amma istər dələduz, istər dost, heç kəsə kart məlumatlarınızı göndərməməlisiniz”.

Sosial şəbəkələrdə saxta səhifələr yaradaraq onlayn alış-veriş adı ilə insanları aldadan şəxslərlə bağlı Daxili İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Qanunsuz fəaliyyət göstərən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunur.

Saytımıza danışan Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahim qeyd edib ki, yalnız sosial şəbəkələrdə deyil, onlayn alış-veriş saytlarında da dələduzluq hallarına rast gəlinir:

“Vətəndaşlar bu zaman daha diqqətli olmalıdırlar. Xüsusilə alış-veriş etdikləri saytların domen adlarına fikir versinlər. Çünki domen ünvanında cəmi bir hərf və ya rəqəm fərqi belə sizi kiberdələduzların hazırladığı tələyə sala bilər. Məsələn, ‘1’ rəqəmi əvəzinə ‘ı’ hərfi, ‘0’ əvəzinə isə ‘o’ yazıla bilər. Bu cür kiçik diqqətsizlik böyük təhlükəyə səbəb ola bilər”.

Qeyd edək ki, vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda və ya bank adından zəng gəlib şəxsi məlumatlar tələb olunduqda mütləq şəkildə müvafiq bankla əlaqə saxlayaraq məlumatı dəqiqləşdirməli və Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verməlidirlər.



Избранный
20
2
manset.az

3Источники