RU

Birkin çantasının ilk nüsxəsi rekord qiymətə satılıb — $8,2 milyon

Hermès moda evinin istehsal etdiyi ilk Birkin çantası Sotheby’s hərracında 7 milyon avroya ($8,2 milyon) satılaraq qadın çantaları üzrə dünya rekordunu qırıb, CNN xəbər verir.

Qara, köhnəlmiş, üzərində “J.B.” baş hərfləri və etiketləri olan çanta aktrisa və müğənni Ceyn Birkinə məxsus olub.

1984-cü ildə Paris–London reysi zamanı Birkinin istəyi ilə Hermès prezidenti Jan-Lui Duma tərəfindən yaradılmışdı.

Onlayn hərrac 10 dəqiqə davam edib və 9 iştirakçı mübarizə aparıb. Qalib Yaponiya əsilli xüsusi kolleksiyaçı olub. İlkin qiymət 1 milyon avro idi, lakin əvvəlcədən satış təxminləri açıqlanmamışdı.

Ceyn Birkin 2023-cü ildə, 76 yaşında vəfat edib.

N.Təbrizli

Избранный
11
anews.az

1Источники