RU

Tarakanlar evdə niyə yaranır?

Tarakanların evdə yaranmasının səbəbi onların peyda olması üçün ideal şəraitin mövcud olmasıdır. Bu barədə biomedik Mariyana Eklisse  danışıb.

Onun sözlərinə görə, bu amillərə qida qalıqları, nəmli sahələr və tarakanların evə daxil ola biləcəyi divar və döşəmələrdəki çatlar daxildir.

"Tarakanlar qida tullantıları olan, zibil qabları yaxşı bağlanmayan, durğun su və yağ olan yerləri axtarırlar", —  Eklisse bildirib.

O əlavə edib ki, qab yuyulmadan lavaboda qalarsa və ya zibil qutusu yaxşı bağlanmazsa, bu da tarakanları cəlb edə bilər.

Ekspertin sözlərinə görə, mənzildə tarakanların olması pəncərə və qapıların lazımi dərəcədə izolyasiya olunmaması və ümumi təmizliyin zəif olması ilə bağlı ola bilər.

Bundan əvvəl “Qazeta.Ru” yazmışdı ki, Perm Milli Texniki Tədqiqat Universitetinin (PNIPU) alimləri UrO RAN-ın PFIÇ mərkəzindəki həmkarları ilə birlikdə ilk dəfə olaraq ayrı-ayrı həşəratları aşkar etmək üçün optik lifli akustik sensorlardan istifadə ediblər.

Madaqaskar fitildəyən tarakan üzərində aparılan eksperiment zamanı bu texnologiya təkcə onun hərəkət səslərini qeydə almayıb, həm də onun yerini dəqiq müəyyən edib.

Əvvəllər də xəbər verilmişdi ki, bir rusiyalı qadın evində tarakanları zəhərləməyə çalışarkən insult keçirərək xəstəxanaya yerləşdirilib.

N.Təbrizli

Избранный
18
anews.az

1Источники