RU

London və Paris sınaq sxemini işə salacaq

Rəsmi London və Paris qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniya sahillərinə çatan qanunsuz miqrantları geri qaytarmaq üçün sınaq sxemini işə salacaq.

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer London yaxınlığındakı Nortvud bazasında Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib.

Layihə Fransaya qayıdan hər qanunsuz miqrant üçün krallığın qonşu ölkənin ərazisindən bir miqrantı qanuni əsaslarla qəbul etməsini nəzərdə tutur. "Hər qovulmanın müqabilində başqa şəxs ciddi təhlükəsizlik yoxlamalarından keçməklə və yalnız Böyük Britaniyaya qanunsuz daxil olmağa cəhd etmədiyi təqdirdə təhlükəsiz, nəzarət olunan, qanuni marşrutla bura gələ biləcək", - Starmer deyib.

O izah edib ki, sxem yaxın həftələrdə işə salınmalıdır.

Избранный
27
2
publika.az

5Источники