BAKI, 11 iyul. TELEQRAF
“Rusiya lazım gələrsə, İranın zərər görmüş infrastrukturunun bərpasına köməklik göstərə bilər”.
Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
Səfir bildirib: "Mövcud vəziyyətdə İran və Rusiya ikitərəfli münasibətləri inkişaf etdirməklə yanaşı, regional sabitliyin və təhlükəsizliyin qorunmasına sadiqdirlər”.