RU

Qəzada ölən hücumçunun maşınının sürəti yüksək olub? - Hadisə şahidi gördüklərini danışdı

İspaniyanın Zamora şəhərində qəzaya uğrayan “Liverpul”un və Portuqaliya yığmasının hücumçusu Dioqo Jota və qardaşı Andre Silvanın görüntülərini çəkən şəxs danışıb.

Sportinfo.az xəbər verir ki, yük maşınıın sürücüsü sosial mediada paylaşdığı videoda iki qardaşa kömək etməyə çalışdığını bildirib.

"Mən onu lentə aldım, dayandım, kömək etməyə çalışdım. Amma təəssüf ki, edə biləcəyim heç nə yox idi.

Mənim vicdanım təmizdir. İçəridə kimin olduğunu təsəvvür etmədiyim üçün o gecə nələr çəkdiyimi təkcə özüm bilirəm. Ailəsinə başsağlığı verirəm”.

O, futbolçunun avtomobilinin sürətinin yüksək olmadığını da bildirib: “Onlar sürət həddini aşmayıblar. Mən maşının markasını, rəngini görürdüm. Hər gün o yolu gedirəm və necə qaranlıq olduğunu bilirəm”.

Dioqo Jota və Andre Silva iyulun 3-də səhər tezdən Zamorada baş verən yol qəzası nəticəsində həlak olublar.

Futbolçunun idarə etdiyi “Lamborghini” markalı avtomobil yoldan çıxaraq aşıb və yanıb.

Избранный
33
sportinfo.az

1Источники